Dərslərin açılması ilə şənbə günü avtobuslar İŞLƏYƏCƏK? – AÇIQLAMA
Bildiyimiz kimi, təhsil ocaqları ənənəvi təhsil sisteminə geri qayıdır. Təhsil Nazirliyinin qərarı ilə dərslərin 5 və 6 gün olacağı bildirilib. Pandemiya dövrü ilə əlaqədar həftəsonu nəqliyyatın işləməməsi isə şagirdlərə problem yaradacaq. Bəs, görəsən, keçən ilki kimi, bu il də məktəbdən uzaqda qalan şagirdlər üçün xüsusi servislər təşkil oluna bilərmi?
Sonxeber.az olaraq suallarımızı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmova yönləndirdik.
O bildirir ki, həftəsonu nəqliyyatın işləməməsi ilə müəyyən problemlərin yaranması ehtimal olunur:
“Şənbə günü dərslərin olması şagirdlərin məktəbə necə gedib-gəlməsi ilə bağlı narahatlıqlar yaradır. Bu, hazırda aktual məsələdir. Mən inanıram ki, aidiyyatı qurumlar bu məsələ üzərində düşünürlər. Ümumiyyətlə, vətəndaşlarımız şənbə günü nəqliyyatın işləmədiyinə görə əziyyət çəkirlər. Həftəsonu ictimai nəqliyyatın işləməməsiniintensivliyin azalması ilə əsaslandırırlar. Amma nəzərə alsaq ki, bəzi iş yerləri, eyni zamanda məktəblər şənbə günü işləyir, nəqliyyatın fəaliyyəti bərpa olunmalıdır. Əgər olunmazsa, məktəblər uşaqların dərsə gəlmələri üçün servis təşkil etməlidir. Bəzi özəl məktəblər var ki, buna büdcəsi çatır, amma dövlət məktəbləri üçün Təhsil Nazirliyi xüsusi büdcə ayırmadığı təqdirdə çətinliklər yarana bilər.
Son olaraq qeyd edim ki, şagirdlərin normal qaydada məktəbə gedib təhsili davam etdirməsi üçün nəqliyyatın fəaliyyətinin bərpası işlərinə yenidən baxılmalıdır”.

