Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alanlar var
Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Salahlı kəndi yaxınlığında baş verib.
“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

