Hadisə 

Bakı-Sumqayıt şosesində piyadanı avtomobil vurub

Abşeron rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, avtoqəza Bakı-Sumqayıt şosesinin Abşeron Gənclər Şəhərciyinin qarşısına düşən hissəsində qeydə alınıb.

1953-cü il təvəllüdlü Abıyev Ağaməmməd Əziz oğlu yolun piyadalar üçün nəzərdə tutulan yerüstü körpüdən istifadə etməyərək qəfil magistral şoseyə çıxıb. Bu zaman onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daha çox xəbərlər