Dünya 

Özbəkistanda peyvənd vurduran tələbələrə güzəşt ediləcək

Özbəkistanda koronavirusa qarşı peyvənd edilən tələbələrə təhsil haqqı ödənişində 10 % endirim tətbiq ediləcək.

Bu barədə Özbəkistanın Təhsil Nazirliyi məlumat yayıb.

“1 noyabr 2021-ci il tarixinə qədər vaksinasiya kursundan tam keçən, əyani təhsil alan bakalavr və magistrlərə 2021-2022-ci tədris ili üçün əsas müqavilə (təqaüd olmadan) məbləğinə 10 % endirim edilir”, – deyə məlumatda qeyd olunur.

Mənbə: “İnterfaks”

Daha çox xəbərlər