Hadisə 

Özünü su quyusuna ataraq intihar etdi

Masallı rayonunun Mahmudavar kəndində bir nəfərin özünü su quyusuna atıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha çox xəbərlər