“Zəfər” kolleksiyası müsabiqəsinin seçim mərhələsi tamamlandı
“Azərxalça” ASC-nin elan etdiyi “Zəfər” kolleksiyası müsabiqəsinin seçmə mərhələsi sona çatıb.
ARANTV.AZ xəbər verir ki, gənclər üçün elan edilən müsabiqənin seçmə mərhələsinə müraciət edən gənclər sırasından yalnız 14 nəfər 1 ay davam edəcək təlimlərin iştirakçısı olmaq şansı qazanıb.
Mərhələni keçən gənclərə yerli və xarici təlimçilər tərəfindən iki mərhələli – həm nəzəri, həm də praktik yöndə təlimlər keçiriləcək.
Qalib gənclərlə birlikdə “Zəfər” kolleksiyası hazırlanacaq.
Xatırladaq ki, təlimçilər sırasında Eldar Mikayılzadə, Şirin Məlikova, Çingiz Babayev, Məmmədhüseyn Hüseynov kimi yerli, professor Karim Mirzaee, professor Ali Nasir kimi xarici tanınmış incəsənət xadimləri olacaq.

