Sosial 

Jurnalist Mahir Xəttab saxlanılıb – RƏSMİ

“Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a faktı təstiqləyiblər.

Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

Daha çox xəbərlər