Türk Şurası ölkələrinin iqtisadiyyat nazirləri Şəhidlər xiyabanını ziyarət ediblər
Azərbaycanda səfərdə olan Türk Şurası ölkələrinin iqtisadiyyat və ticarət nazirləri Şəhidlər xiyabanını ziyarət ediblər.
ARANTV.AZ xəbər verir ki, qonaqlar “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub, daha sonra “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası və Biznes Forumu baş tutacaq.

