Rusiyada daha bir yaşayış binasında partlayış oldu: Ölənlər arasında uşaq var – VİDEO
Rusiyanın Yelets şəhərində ikimərtəbəli yaşayış binasında qaz sızmasına görə partlayış baş verib. Hadisə nəticəsində azı 3 nəfər ölüb.
Məlumatlara görə, dağıntıların altından 11 yaşlı uşağın və 50 yaşlı qadının meyiti tapılıb, daha bir yeniyetmənin hələ də orada ola biləcəyi ehtimal edilir.
Faciə zamanı mənzillərdə 25 nəfər olub.
Xatırladaq ki, bir neçə gün öncə Naqinsk şəhərində yaşayış binasında dəhşətli partlayış baş vermişdi. Hadisə nəticəsində ikisi uşaq olmaqla yeddi nəfər həyatını itirmiş, 15 nəfər yaralanmışdı.
Mənbə: “İnterfaks”

