Sosial 

Həsrətin sonu: Ağdamlılar ilk dəfə doğma yurdlarında – YENİLƏNİB + FOTO

Xəbər verildiyi kimi, bu gün bir qrup ağdamlının ilk dəfə Ağdam şəhərinə səfəri təşkil olunub.

Səfər iştirakçıları Ağdam şəhərinin Baş planı ilə tanış olublar. Onlara Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ağdamlılar doğma şəhərlərində aparılacaq işlərdən məmnunluqlarını ifadə edib, fikir və təkliflər səsləndiriblər.

 

14:50

Bu gün Ağdama ikinci dəfə təşkil olunan səfərdə bir qrup ağdamlının ilk dəfə Ağdam şəhərinə səfəri təşkil olunub.

Ağdamlıları Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunan əraziləri üzrə Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Səfər iştirakçılarının Pənah Əli xanın İmarət kompleksini, Ağdam çörək muzeyini, Ağdam cümə məscidini və Şahbulaq qalasınə ziyarət ediblər.

Mənbə: APA, AZƏRTAC

Daha çox xəbərlər