İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb
İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.
ARANTV.AZ bildirir ki, hadisə İmişli şəhərində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində İmişli şəhər sakinləri – 1999-cu il təvəllüdlü Həsənli Aqşin Səhliyar oğlu və 1999-cu il təvəllüdlü Rzayev Rahim İnqilab oğlu xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

