Salyanda faciəvi hadisə – 16 yaşlı oğlan öldü
Salyanda ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, rayonun Düzənlik kəndi ərazisində Xələc kənd sakini S.Babayev idarə etdiyi “Ford Transit” markalı avtomobillə velosiped sürən kənd sakini, 2005-ci il təvəllüdlü Məhəmməd Əliyevi vurub.
Nəticədə 16 yaşlı M.Əliyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Salyan RPŞ tərəfindən araşdırma aparılır.

