Tbilisidə İNSİDENT: 3 yeniyetmə bıçaqlandı
Bu gün saat 17:00 radələrində Tbilisidə qarşıdurma baş verib.
ARANTV.AZ xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd edilib ki, insident zamanı 3 nəfər yeniyetmə bıçaqlanıb.
Yeniyetmələr arasında qarşıdurma, fikir ayrılığı səbəbindən baş verib.
Məlumata əsasən, yeniyetmələr hazırda xəstəxanaya yerləşdiriliblər.
Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu bəndi ilə istintaq başladıb.

