Şəhid və qazi övladlarının sünnət mərasimi keçirilib FOTO
Sentyabrın 14-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin təşkilatçılığı ilə “Medilux” klinikasında plastik cərrah Dilqəm Məhərrəmov tərəfindən bir qrup Vətən müharibəsi şəhidinin və qazisinin oğlan övladlarının sünnət olunması üzrə xeyriyyə aksiyası keçirilib.
ARANTV.AZ xəbər verir ki, tədbirdə iştirak edənlər şəhid və qazi övladlarına dövlətimizin rəhbərliyi, Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini qeyd ediblər.
Sünnət olunan uşaqların kirvələri Azərbaycan Respublikasının Xalq artisti Nürəddin Mehdixanlı və müğənni Elnur Məmmədov olublar.
Xeyirxah aksiyada iştirak edən şəhid və qazi ailələri dövlətimizin onlara olan xüsusi diqqət və qayğısından razılıq edib, bu aksiyanın təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Sonda sünnət olunan uşaqlara hədiyyələr təqdim edilmişdir.








