Biləsuvarın həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxub
Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev koronavirusa yoluxub.
ARANTV.AZ xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.
Vəkil bildirib ki, M. Quliyevin vəziyyəti ağırlaşdığından onu Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürüblər: “Həkimlərin rəyinə əsasən, o, şəkərli diabet, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir. Hazırda vəziyyəti stabildir”.
Qeyd edək ki, Mahir Quliyev bu il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

