Sosial 

Yoluxmaların çoxu Bakı şəhərində olur- Baş infeksionist

“Birmənalı olaraq epidemioloji vəziyyəti müsbət dəyərləndirirəm”.

ARANTV.AZ  xəbər verir ki,  bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, yoluxma sayında azalma müşahidə olunur: “Sağalan insanların sayı yeni yoluxanları üstələyib. Bu, xəstəxana yükünün azlamasında özünü göstərir.

Bunlar müsbət dinamikadan xəbər verir. Yoluxmaların daha çoxu Bakı şəhərində olur”.

Daha çox xəbərlər