Türk şəhidliyində anım mərasimi keçirilib
ildönümü münasibətilə Türk şəhidliyində anım mərasimi keçirilib.
ARANTV.AZ xəbər verir ki, mərasimə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyinin əməkdaşları qatılıb.
Səfir Cahit Bağçı abidənin qarşısına əklil qoyub.
Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi zamanı şəhid olan türk hərbçilərinin ruhu yad edilib.
Səfir qeyd edib ki, bundan 103 il öncə türk ordusunun bolşeviklərin işğalı altında olan azərbaycanlı qardaşlarının yardımına gəlməsi tam bir qəhrəmanlıq dastanıdır: “Əziz şəhidlərimiz! Siz Azərbaycan xalqının müstəqilliyi uğrunda savaşaraq canınızdan keçdiniz. “Tək millət, iki dövlət” anlayışı ilə Azərbaycan və Türkiyənin sevinci və kədəri də birdir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Bakıda da hüzurla yatın. Siz məqamın ən ucasına çatmısınız. Ruhunuz şad olsun!”

