Hadisə 

Yevlaxda avtomobillər toqquşub, xəsarət alan var

Yevlax şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

ARANTV.AZ xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

“Mercedes” və “Priora” markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakini, 1996-cı il təvəllüdlü Əli Abdullayev xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər