Sosial 

Şagirdlər və müəllimlər məktəblərə belə buraxılacaq – RƏSMİ

“Əyani tədrisə keçid üçün hazırlıq işləri aparılır”.

Bu sözləri təhsil nazirinin müavini Firudin Qurbanov deyib. O bildirib ki, pandemiya dövründə ən vacib olan təhlükəsizliyi təmin etmək üçün lazımi işlər aparılacaq:

“Hər bir şagirdin, müəllimin tədris müəssisəsinə daxil olduqda hərarəti yoxlanılacaq.

Müəllimlər məktəblərə daxil olarkən onlardan peyvənd pasportları istəniləcək”./Lent.az

Daha çox xəbərlər