Qarabağda erməni vandallığının daha bir görüntüsü – FOTO
Azərbaycan əsilli tanınmış fotoqraf Reza Deqati Qarabağda mədəniyyət abidələrimizə qarşı erməni işğalçıları tərəfindən törədilmiş vandalizm ilə bağlı paylaşım edib.
O, bütün zamanların ən böyük şair və filosoflarından olan Nizami Gəncəvinin Qarabağın işğalı zamanı ermənilər tərəfindən dağıdılan büstünün görüntülərini özünün “Twitter” hesabından dərc edib.
Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 800 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azırbaycanda qeyd olunduğunu vurğulayıb.

