Sosial 

Şəhid İsa Məmmədovun ailəsi ziyarət olunub

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Binə qəsəbəsi Südçülük yaşayış sahəsinin sakini, Vətən müharibəsi şəhidi əsgər (MAHHXHQ) Məmmədov İsa Nazim oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

ARANTV.AZ  xəbər verir ki, görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Vüqar Seyidov bildirmişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək üzərində şəhidin təsviri toxunmuş xalçanı ailəyə təqdim etmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildirmişlər.

Daha çox xəbərlər