“Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır
Milli Məclisdə “Bədən tərbiyəsi və idman haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.
ARANTV.AZ modern.az-a istinadən bildirir ki, qanun layihəsi Milli Məclisin Gənclər və idman komitəsinin 2021-ci il payız sessiyası üçün İş planına daxil edilib.
Qeyd edək ki, hazırda qüvvədə olan “Bədən tərbiyəsi və idman haqqında” qanun 2009-cu ildə qəbul edilib.

