Təhsil 

Mən hər zaman qalib olacam!-FOTO

 

Təhsil Nazirliyinin gənclərə, ümumiyyətlə, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə göstərdiyi qayğının nəticəsidir ki, bu sahədə yüksək dinamika halları günbəgün artmaqda davam edir.

Bu mənada təhsilə ictimai dəstək məqsədilə Aran Media GROUP təşkilatı və Təhsil Forumu – 2021 qrupunun hazırladıqları 15 sentyabr Bilik Günü ilə əlaqədar olaraq “Şagird- Müəllim-Valideyin üçbucağı altında şeir müsabiqəsi” yekunlaşıb. Bakı şəhər, Sabunçu rayon, Bilgəh qəsəbəsi, Telman İsgəndərov adına 142 saylı tam orta məktəbin 4 a sinif şagirdi Zeynallı Tural İsa oğlu I yerin qalibi adını qazanıb. Aran Media GROUP kollektivi bu günlərdə birinci yerin qalibi Tural Zeynallının evində olub, hədiyyə və mükafatlar qalibin özünə təqdim edilib. Xüsusi istedadı ilə fərqlənən Tural Zeynallı indiyədək resbublika üzrə xeyli sayda diplom və mükafatlara layiq görülüb.

O, müəllimlərin sevimli şagirdlərindəndir və dərs əlaçısı statusunu qoruyub saxlamaq üçün daim səy göstərir.Hətta, yaşadığı Bilgəh qəsəbəsində demək olar ki, əksəriyyət insanlar bu istedadlı uşağı tanıyır və onun səs verməsində xüsusi fəallıq nümayiş etdiriblər. Turalın arzusu gələcəkdə ADA universitetinə qəbul olmaqdı. Yaşının kiçik olmasına baxmayaraq Tural müxtəlif səpkilərdə şerlər yazır. Xarici dilləri öyrənməkdə xüsusi qabiliyyəti var.

 

Bəlkə də Turalın qabiliyyətinin müxtəlif aspektlərdə inkişaf etməsində onun ziyalı-müəllim ailəsində doğulması amili də mühüm rol oynayıb. Diqqət çəkən məqam da odur ki, Turalın şerləri forma və məzmun baxımından hamıda xoş ovqat təsiri bağışlayır. Bu da onu deməyə əsas verir ki, Turalın istedadı çoxşaxəlidir və gələcəkdə böyük nailiyyətlərə imza atacaq. Turalın necə bir istedada malik olduğunun təsdiqi olaraq onun yazdığı şerlərlərdən bir neçə nümunəni oxucuların diqqətinə çatdırırıq.

Mən Baharı sevirəmYalan

Mən Baharı sevirəm                                                          Dərsliklərdə oxudum,

Çiçəklər əlvan açır.                                                             Yalan heç yaxşı deyil.

Mən Baharı sevirəm,                                                         Yalan danışan insan,

Günəş işığın saçır.                                                               Hörmətə layiq deyil.

 

Baharda anam mənə ,                                                         Suqra müəllim mənə,

Təbiətə bax deyir.                                                                Söylədi yalan pisdir.

Gör, necə qüdrətində,                                                         Ona əl atan insan,

Yaradıb Allah deyir.                                                            Ən zəif, ən acizdir.

 

Dağa-daşa baxıram,                                                           Doğru olmalı insan,

Gülür üzü könlümün.                                                         Hər işində, gücündə.

Bulaqlara baxıram ,                                                            Onda başıdik dayan

Daşır gözü könlümün.                                                       Bütün dünya içində

 

 

 

 

Daha çox xəbərlər