Pentaqon Kabilə endirdiyi aviazərbəyə görə üzr istəyir
Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın pilotsuz aparat vasitəsi ilə cari il, avqustun 29-da Kabilə endirdiyi zərbəyə görə üzr istəyib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, o, bu “dəhşətli səhvdən” dərs götürəcəyinə söz verib.
Daha əvvəl ABŞ müdafiə qurumu amerikanın pilotsuz aparatının avqustun sonunda Kabilə endirdiyi səhv və 7-si uşaq olmaqla 10 mülki vətəndaşın ölümünə səbəb olduğunu qəbul edib. Bunu ABŞ Silahlı qüvvələri mərkəzi komandanlığının rəhbəri general Kennet Makkenzi keçirdiyi brifinqdə deyib.
“Araşdırmamız zərbənin faciəvi səhv olduğu qənaətinə gətirib”, – general deyib.
Hazırda Pentaqon hücum nəticəsində Kabildə ölənlərin yaxınlarına kompensasiya ödənişlərinin mümkünlüyünü nəzərdən keçirir.

