Hadisə 

Bakı-Xırdalan yolunda zəncirvari qəza – VİDEO

Bakı-Xırdalan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ötən gün baş verib:

“Hadisə zamanı dörd avtomobil – pikap, iki “Mersedes-Benz” və “Opel” toqquşub. Xəsarət alan yoxdur”.

 

Daha çox xəbərlər