Hadisə 

Bakıda mağazadan AĞLAGƏLMƏZ OĞURLUQ – ANBAAN VİDEO

Bakıda mağazaların birində qeyri-adi oğurluq qeydə alınıb.

ARANTV.AZ xəbər verir ki, Sonxeber.az-a daxil olan məlumata görə, hadisə Xırdalan-Binəqədi şossesi, 4 ünvanında, Dövlət Yol Polisi binası ilə “Neptun” marketinin arasında yerləşən mağazada baş verib.

Belə ki, mağazaya gələn müştəri 12 manatlıq uşaq geyimi alıb, lakin 100 manata xırdasının olmadığını deyərək, aptekdən xırdalayıb gələcəyini bildirib.

Mağazadan çıxıb və (heç aptekə getmədən) bir müddət sonra əlində dərmanla qayıdıb. Həmin dərmanı aptekdən aldığını. amma orada da xırda olmadığından 100 manatını əczaçıda qoyduğunu deyib.

Paltar mağazasının satıcısına 10 manat verib və aptekdən “aldığı” dərmanın pulunu vermək üçün iki 50 manatlıq istəyib, əşyalarını mağazada qoyaraq, dərmanın pulunu ödəyib qayıdacağını və 2 manatı da gələndə verəcəyini deyib.

Bakıda mağazadan AĞLAGƏLMƏZ OĞURLUQ - ANBAAN VİDEOSatıcı qonşu dükandan 50 manat borc götürərək həmin şəxsə 100 manat verib, dələduz isə qadının başını “nağıllar”la doldurub çaşdırdıqdan sonra pullarla birgə mağazadan çıxıb və geri dönməyib.

Müşahidə kamerasıyla qeydə alınan həmin anların görüntülərini oxuculara təqdim edirik. Bu şəxsi tanıyanlardan polisə müraciət etməklərini və digərlərinin də aldanmaması üçün diqqətli olmaqlarını xahiş edirik.

Bakıda mağazadan AĞLAGƏLMƏZ OĞURLUQ - ANBAAN VİDEO

 

Daha çox xəbərlər