Üçüncü dəfə evdən gedən gənc ana Bakıda tapıldı
Sumqayıtda iyulun 22-də yaşadığı evi tərk edərək itkin düşən 1993-cü il təvəllüdlü Abdulova Gültəkin Əkbər qızı tapılıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə “Report”a qadının həyat yoldaşı B.Abdulov məlumat verib.
B.Abdulovun sözlərinə görə, hüquq-mühafizə orqanlarından ona həyat yoldaşının Bakıda tapıldığı bildirilib. B.Abdulov G.Abdulova ilə bu gün görüşəcək.
Xatırladaq ki, qadın iyulun 22-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Ailə üzvləri bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.


