Gündəm 

Türkiyənin məşhur müğənnisi gözyaşlarına boğuldu: “Qarabağa getmək istəyirəm” VİDEO

“Popstar” yarışması ilə məşhurlaşan müğənni Barış Kömürcüoğlu Bakıya gəlib.

Musavat.com-un əməkdaşının suallarına cavab verən sənətçi Azərbaycanda isti münasibət gördüyünü bildirib:

“Məni görənlər deyir ki, “Popstar”da favorim siz idiniz. Bu, məni sevindirir. Müsabiqədən illər keçsə də, məni unutmamaları çox sevindiricidir. Azərbaycana illər öncə gəlmişdim. Bakı çox dəyişib, gözəlləşib.

Yeməklərinizi isə xüsusilə qeyd etmək istəyirəm. Düşbərə yedim, çox bəyəndim. Bir az da burada qalsam, xeyli kilo alacam”.

İfaçı yerli sənətçilərlə işbirliyi quracağını bildirib:

“Bir neçə gün burada konsertimiz olacaq. Daha öncə müğənni Elnarə Xəlilova ilə işbirliyimiz olmuşdu. Duetimizə klip də çəkmişdik. Daha sonra “Bayatılar” mahnısını ifa etdim. Klipimdə də azərbaycanlı aktrisa Aysel Nazim çəkildi. Yeni duetlər, işbirlikləri ilə bağlı danışıqlar aparılır. Yaxın vaxtlarda sevənlərimi sürprizlər gözləyir”.

Müğənni Azərbaycanla Ermənistan arasında yaşanan və Azərbaycanın qələbəsi ilə bitən  44 günlük Vətən savaşından da danışıb:

“İkinci Qarabağ müharibəsi dövründə sizinlə eyni hissləri yaşadım. Nə yaxşı ki, “Qarabağ Azərbaycandır” deyə bilirik”.

“Qarabağa getmək istəyirsinizmi” sualına isə B. Kömürcüoğlu gözyaşları içərsində cavab verib. O bildirib ki, Qarabağa gedərək şəhidlərimizin ruhunu yad etmək istəyir.

Daha çox xəbərlər