Vətən müharibəsinin şəhidi doğum günündə anıldı
YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhid Ağayev Ramil Ağarəhim oğlunun doğum günü münasibəti ilə təşkil olunmuş anım tədbirində iştirak ediblər.
ARANTV.AZ xəbər verir ki, Şəhidin məzarı önünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.













