Bu, hibrid müharibənin bir elementidir!
ABŞ Dövlət Departamentinin Dövlət Dumasına keçirilən seçkilərlə bağlı bəyanatı hibrid müharibənin bir elementidir.
ARANTV.AZ axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.
“Bu bəyanat heç bir ümumi reallıqla uzlaşmır”, – deyə deputat bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin qeyri-azad, həqiqi prosedurlardan uzaq, beynəlxalq öhdəliklərin icra edilmədiyi şəraitdə keçirilməsi barədə bəyanat yaymışdı.

