Təhsil 

Yeni tədris ilində 158 min 600-dən çox şagird birinci sinfə gedir

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Bu barədə “İki sahil”ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91min 538 şagird təhsil alacaq.

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Daha çox xəbərlər