Dünya 

Zelenskinin müşavirinə sui-qəsd olub: Yaralanan var – FOTO

Ukrayna prezidentinin müşaviri Sergey Şefirə sui-qəsd olub. Naməlum şəxslər onun maşınını atəşə tutublar.

Siyasətçinin özü xəsarət almayıb, amma sürücüsü ağır yaralanıb.

“Sürücü üç güllə ilə xəsarət alıb. Hazırda ağır vəziyyətdə reanimasiyadadır”, – deyə mənbədən sayta bildirilib.

Şefir Ukrayna lideri Vladimir Zelenskinin dostu və biznes ortağıdır, “Kvartal-95” studiyasının həmmüəllifidir.

 

Mənbə: Unian.net

Daha çox xəbərlər