Qazax sakini Ermənistanla sərhəddə minaya düşərək həlak olub
Qazax rayonu, Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Mərdanov Məmməd minaya düşərək ölüb.
ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Bala Cəfərli kəndində baş verib.
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov faktı APA-ya təsdiq edib.
Hadisə o, traktorla yer əkən zaman olub. O, hadisə yerində dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.

