Zəfərə gedən yolun başlanğıcı
27 sentyabr tarixi xalqımızın yaddaşında dərin və silinməz iz buraxdı. Həmin gün 32 ildən bu yana davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçərək 44 gün ərzində erməni qoşunlarını Azərbaycan ərazisindən qovdu, ərazi bütövlüyümüzü bərpa etdi. Bu qələbəni Azərbaycan xalqı illərdir səbirsizliklə gözləyirdi. Bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə daha da yaxşılaşdırdı və öz gücünü bütün dünyaya bir daha sübut etdi. Azərbaycana yeni nəfəs, yeni can gəldi. Biz bu gün bir daha doğulduq, bütöv olduq, bir olduq. Bunun da kökündə cənab Prezidentin səbəb və nəticə əlaqəsinə söykənən düşünülmüş xarici siyasəti dayanır. İndi Azərbaycanı layiqli əllərə, Azərbaycanın məğrur və qürurlu oğlu İlham ƏIiyevə əmanət qoyub gedən Ulu Öndərin Heydər Əliyevin də, bütün əsgər və zabitlərimizin də ruhu şaddır.
Tarixə nəzər salsaq görərik ki, bu mənfur dövlət daim bizə düşman olmuş, 200 ildən artıq bir zaman kəsiyində öz düşmənçilik siyasətini yürütmüşdülər. Dəfələrlə dinc əhaliyə qarşı hücumlar olmuş, amansız soyqrımlar törədilmişdir.Dinc əhaliyə qarşı törədilmiş qətliyamlar işərisində Xocalı qətliamı bu faşist millətin qəddarlığı ilə seçildi. Vətən müharibəsində Ermənistan bir daha öz qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkərlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən Ermənistan, quldur erməni silahlı birləşməşləri növbəti dəfə və bütövlükdə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Lakin Azərbaycan ordusunun sərt üzü ilə qarşılaşdı. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca yenidən səfərbər və tək yumruq oldu. Biz illərdir bu anı gözlədik Xocalının intiqamını bu birliyimizlə aldıq. Ermənistana layiq olduğu yer göstərildi. Bu işdə milli birliyimiz, milli ideologiyamız əsas rol oynadı. Cənab Prezidentimizin liderlik qabiliyyəti, onun Azərbaycanın maraqlarını uğurla həyata keçirməsi, hər bir azərbaycanlının etimadını qazanaraq yeni bir tarix yazması bizim üçün çox böyük şərəfdir.
30 ilə yaxın idi Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın hegemonluğu xalqımız üçün sağalmaz yaraya çevrilmişdi. Bu müddət ərzində münaqişənin dinc yolla tənzimlənməsi ilə əlaqədar ulu öndər Heydər Əliyev və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri tədbirlər, aparılan danışıqlar, nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlar heç bir fayda vermədi. İşğalçı ölkə öz havadarlarına və dünyada baş alıb gedən ikili standartlara güvənərək “böyük Ermənistan “ yaratmaq iddiasından əl çəkmirdi. Tarixi torpaqlarımızın danışıqlar yolu ilə qaytarılcağına dair müxtəlif vədlər verilsə də, bir sıra beynəlxalq təşkilatların siyasi riyakarlığı, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyəti heçbir fayda vermədi.Azərbaycan ordusu Ermənistanın işğalçı siyasətinə birdəfəlik son qoyaraq həm düşmənə, həm onun havadarlarına, həm də ATƏT-in Minsk qrupuna sübut etdi ki, münaqişənin hərbi–siyasi yolla həlli mümkündür və bu, 44 gün ərzində həyata keçirildi. Bundan sonra Azərbaycanın nə ATƏT-in Minsk qrupunun, nə də digər beynəlxalq təşkilatların vasitəçiliyinə və köməyinə ehtiyacı var.
Böyük zəfərdən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər edib. Azərbaycanın işğal altında olan torpaqlarının düşmən tapdağından azad edilməsi həmin ərazilərdə iqtisadiyyatın bərpası üçün təcili addımların atılmasını zəruri edir. Hazırda Azərbaycan qarşısında dayanan əsas vəzifə azad edilən torpaqların bərpası, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bu istiqmətdə işlərə artıq başlanılıb və prosses şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə davam edəcək. Qısa müddət keçməsinə baxmayaraq həmin ərazilərdi quruculuq bərpa işləri sürətlə davam etmiş, Qarabağımıza yeni nəfəs gəlmişdir. Prezident İlham Əliyevin öz çıxışında vurğulamışdır ki, “Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir”. Ölkə Prezidentinin qeyd etdiyi kimi, müharibə artıq bitib, münaqişə həll olunub. Biz artıq gələcəyə baxmalıyıq və hazırda əsas hədəf dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır.
Məmləkət Qaraçobanova,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsləhətçisi

