Hadisə 

Şəhid Ruslan İmanquliyevin anasını itirdik FOTO

Şəhid Ruslan İmanquliyevin anası Ramiyyə Səfərova bu gün koronavirusdan vəfat edib.

Bu yaxında onun müalicə aldığı evində vəziyyətinin ağırlaşdığı, Səhiyyə Nazirliyi, TƏBİB və başqa əlaqədar orqanların laqeyd münasibəti haqda informasiya dərc etmişdik

(bax: https://www.musavat.com/news/koronavirusa-yoluxan-sehid-anasina-baxan-yoxdur_829653.html). Yazıda əlaqədar orqanlardan şəhid anasına diqqətlə yanaşmağı istəmişdik. Təəssüf ki, bu xəbərin də heç bir köməyi olmadı.

Şəhid anasına Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk.

Ruslan İmanquliyev 1996-ci il 14 martda Sumqayıt şəhərində anadan olub. Anası yeganə övladı olan Ruslanı tək başına, atasından heç bir dəstək olmadan böyüdüb. O, Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olub. Oranı “Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirib.
2015-ci il iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə çağırılıb və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edib. Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında Ruslan İmanquliyevi Azərbaycan Silahlı qüvvələrinin sıralarına qayıtmağa sövq edib. Ruslan İmanquliyev Pirəkəşkül qəsəbəsindəki N saylı hərbi hissədə Tank Əleyhinə Tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlayıb. O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak edib.

2020-ci il 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsinin ilk günündən düşmənlə qarşı-qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşub. 2 oktyabrda Füzuli istiqamətində gedən ağır döyüşlərdə həlak olub. 3 oktyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

“Yeni Müsavat”

ruslan imanquliyev.jpg (10 KB)

Daha çox xəbərlər