NATO öz strateji konsepsiyasını yenidən nəzərdən keçirəcək
Fransa və Almaniyanın təşəbbüsü ilə NATO ölkələri alyansın strateji konsepsiyasını yenidən nəzərdən keçirəcək.
Bu barədə Fransanın müdafiə naziri Florans Parli məlumat verib.
O, bildirib ki, NATO-nun başlıca məqsədi transatlantik təhlükəsizlikdir və alyans ölkələri bunu ABŞ-a xatırlatmaq istəyir.
Nazirin əlavə edib ki, müttəfiqlik digər ölkənin maraqlarının əsiri olmaq demək deyil.
Mənbə: “RİA Novosti”

