Sosial 

Bərdəyə səfər ediblər

Sentyabrın 20-də Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini  Hayko Şvarts, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH) ölkə direktoru, xanım Karin Hörhan, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kamran Ağamaliyev, “Cənubi Qafqazda Aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” layihəsinin Azərbaycan üzrə rəhbəri cənab Yörq Le Blank  Bərdə rayonunda  səfərdə olublar.

ARANTV.AZ  xəbərt verir ki, səfərin məqsədi digər rayonlarla bərabər Bərdədə məskunlaşmış məcburi köçkünlərin və onlarla eyni ərazidə yaşayan yerli aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafını nəzərdə tutan layihə ilə bağlı görülmüş işlərlə tanış olmaqdır.

Görüş zamanı bildirilmişdir ki, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) GmbH Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “Cənubi Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi 2017-ci ildən fəaliyyətə başlayıb.

Səfər çərçivəsində qonaqlar rayon İcra hakimiyyətini təmsil edən  Bərdə Rayon İcra Hakimiyyəti Başçısının müavini  Fəqət Şadlinskaya ilə birgə Bərdə İcma Mərkəzinə olmuş, 866 saylı qaçqın və məcburi köçkün qəsəbəsinin bir sıra sakinləri ilə birgə həyata keçirilən layihələrə baş çəkmişlər.

Daha çox xəbərlər