Bu hərəkətlər yunanların səviyyəsini göstərdi – Tatar
Bu hərəkətlər yunanların təəssübkeşlik və dözümsüzlük səviyyəsini göstərir.
ARANTV.AZ axar.az-a istinadən xəbər verir ki, bunu Şimali Kipr Prezidenti Ərsin Tatar Yunanıstan və Cənubi Kipr rəhbərliyinin Nyu Yorkda Türk Evinin açılış mərasiminə qatılan ABŞ-ın baş yepiskopu Elpidoforosa qarşı sərt açıqlamalarını qınayarkən deyib.
Baş yepiskopa qarşı çirkin çıxışlardan dolayı təəssüf hissi keçirdiyini deyən Tatar beynəlxalq birliyin lazımi nəticələri çıxaracağını gözlədiklərini söyləyib.

