Sosial 

XƏBƏRDARLIQ EDİLDİ: Sabah küçəyə çıxmayın

Sabah, sentyabrının 25-i səhər saatlarından etibarən paytaxtın mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraqsakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Daha çox xəbərlər