Sosial 

Bakıda sərnişinlər arasında maska mübahisəsi: “Övladlarım sizə görə niyə xəstələnməlidir? ” – VİDEO

Bakıda avtobusda maska taxmamaq üstündə sərnişinlər arasında insident yaşanıb.

ARANTV.AZ  xəbər verir ki, avtobusda bir sərnişin maska taxmayan digər sərnişinlərə irad tutub. O, avtobusda olarkən mütləq maska taxılmalı olduğunu bildirib. Lakin digər sərnişin maska taxmaqdan imtina edib.

Nəticədə irad bildirən vətəndaş avtobusda maska taxmayanları qınayır: “Mənim 5 övladım var. Mən istəmirəm onlar sizə görə xəstələnsinlər”./BAKU.WS

Daha çox xəbərlər