Sosial 

Gözün aydın, Azərbaycan! Zəfərinlə daha möhtəşəm uğurlara doğru inamla!

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr ölkəmizdə hər il Anım Günü kimi qeyd olunacaq. Bu tarix böyük qürur hissi ilə xatırlanır, bugünümüz və gələcəyimiz üçün şərəf tarixi kimi dəyərləndirilir.  Dövlət başçısı İlham Əliyev bu tarixi Zəfərimizlə adını  tarixə 2020-ci ilin Müzəffər Sərkərdəsi, Azərbaycan xalqı ən məğrur, yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi  yazdı. Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların 30 ildə edə bilmədiklərini etdi,  BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək bir daha dünyaya bu mesajı ünvanladı ki, beynəlxalq hüquq, ədalət  deyilən məfhum var, onların mövcudluğunu sübut etmək üçün səylər göstərmək, fədakarlıq nümayiş etdirmək laızmdır. Son 18 ildə Heydər Əliyev siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata çoxsaylı   müsahibələri, xalqa müraciətləri  bu inamın aydın mənzərəsini yaradırdı ki, torpaqlarımız işğaldan azad ediləcək, ölkəmizin həyatında yeni mərhələ başlayacaq. Təbii ki, bu inam   münaqişənin həllində hazırlıq dövrü kimi xaraterizə olunan  18 ilin uğurlarına, ən əsası möhkəm təmələ əsaslanan siyasətə söykənirdi. Prezident İlham Əliyev Azərbaycanda dayanıqlı inkişafı təmin etmək üçün dövrün, zamanın tələblərinə uyğun islahatlar kursunu uğurla davam etdirir, eyni zamanda, idarəçilik sistemində təkmilləşmənin, kadr islahatlarının  vacibliyini önə çəkir.  Son 18 ildə ölkəmizin diplomatik mübarizədə qələbəsi, münaqişənin həllində möhkəm hüquqi bazanın formalaşdırılması 44 günlük İkinci Qarabağ müharibəsində   qələbəmizdə əhəmiyyətli rol oynadı. Azərbaycan bir daha  sübut etdi ki,  bir qarış torpağını belə düşmənə verməyəcək.

Münaqişənin həlli prosesinin uzanması daim xalqımızda bir narahatlıq hissi yaradırdı. Amma tam əmin idik ki, ulu öndər  Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində  torpaqlarımız işğaldan azad ediləcək,  bu ərazilərimizdə üçrəngli bayrağımız dalğalanacaq.  Cənab İlham Əliyevin bütün çıxışlarının mahiyyətində məhz bu inam dayanırdı. Ötən ilin noyabrın 8-də Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın  işğaldan  azad edilməsi müjdəsini xalqımıza Şəhidlər xiyabanından çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün  özünü xoşbəxt  hiss etdiyini bildirən möhtərəm Prezidentimiz bildirmişdir: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»

Vətən müharibəsi   Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi. Əqidəsindən siyasi mənsubiyyətindən asılı olmayaraq bütün  vətəndaşlar yumruq kimi birləşdi. Bütün bölgələrdən ordumuza dəstək gəldi.  Müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq oduğunuü göstərdi. Müharibə, eyni zamanda,   Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli  olduğunu təsdiqlədi.  Çoxəsrlik tariximizin ən şanlı səhifəsini yazan Ordumuz bir daha sübut etdi ki, yenilməz, məğrur ordu bizim ordudur.  Ordumuz ərazi bütövlüyümüzü bərpa etməyə,  işğala son qoymağa qadirdir.  Qələbəmiz tariximizin ən şanlı səhifəsini təşkil edir.  Artıq yeni yazılan tariximizdə 30 ilə yaxın düşmən tapdağı altında qalan  torpaqlarımızın işğaldan azad olunduğu tarixlər yer alır. 30 il torpaqlarımızın işğal günləri yaxınlaşdıqca mənəvi sarsıntı keçirir, bu nisgilin nə zaman başa çatacağını gözləyir, içimiz torpaq həsrəti ilə göynəyirdi. Artıq bu sıxıntılar arxada qaldı, torpaq həsrətinə son qoyuldu.  Dövlət başçısı İlham Əliyevin  Zəfər Gününün təsis edilməsi il bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə  Şuşanın işğaldan azad edildiyi tarix- 8 noyabr ölkəmizdə  Zəfər Günü kimi təsis edildi. Zəfərin mübarək, Azərbaycan!

Müzəffər Ali Baş Komandan İlham Əliyev  xalqa müraciətlərində daim  bu məqamı  xüsusi qeyd edirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi münasibətilə təşkil olunacaq hərbi paradda düşmənin məhv edilmiş və ya qənimət kimi götürülmüş texnikaları da nümayiş olunacaq. Azərbaycan xalqı bu vədi də konket əməldə gördü. Azərbaycanın Zəfərinin dünyaya təqdimatı olan 10 dekabr Zəfər paradında dünya Vətən müharibəsində diz çökən Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasını gördü və dövlətimiz tərəfindən daim cavab axtarılan  «Kasıb Ermənistanın bu qədər silahı hardandır» sualının cavabı aydın oldu. O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonunda açıq səma altında Hərbi Qənimətlər parkı salınıb. Bu parka gələn ziyarətçilər də ermənilərin qənimət kimi götürülmüş, yaxud məhv edlmiş hərbi texnikalarını görərək dünyanın ikili standarlar siyasətinin nələrə yol açdığının şahidi olurlar. Hansı ki, Ermənistanla yanaşı, ona havadarlıq edən dövlətlər də ölkəmizdə belə bir parkın yaradılmasını böyük ajiotajla qarşıladılar.

Azərbaycan bu gün qalib ölkə kimi qürurludur. Ölkəmizin həyatında yeni mərhələ-bərpa və qurulucuq dövrü başlayıb. İşğaldan azad edilmiş ərazilərimiz tikinti meydançasını xatırladır. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Qələbəmizin ilk günlərindən işğaldan azad edilmiş ərazilərimizə, o cümlədən Şuşamıza ardıcıl səfərləri  Zəfər sevincimizi xalqa böyüşmək istəyindən, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajların ünvanlanması baxımından olduqca əhəmiyyətli, eyni zamanda, tarixi hadisədir.  Bu sevinci bizlərə yaşatdıqlarına görə Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarıq. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Xalqımız sevinclidir. Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq  Hava Limanının açılışı oldu. Həm siyasi, həm də mənəvi əhəmiyyət kəsb edən Zəfər yolu ilə bağlı işlər başa çatmaqdadır. Ağdam və Şuşamızın baş planı təqdim edilib. «Ağıllı kənd» layihəsi çərçivəsində ilk olaraq Zəngilanın Ağalı kəndtinin bərpası ilin sonuna qədər başa çatdırılacaq. Bərpa və quruculuq işlərinin miqyası o qədər genişdir ki, 10 ayda görülən işləri sadalamaqla qurtarmır. Bu, torpaqlarının sahibi olan Azərbaycanın qürurunu, sevinicini dünyaya nümayiş etdirir. Bu gün Şuşamız nəinki Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Qarabağın tacı dirçəlir, hər gün qonaqlarını qarşılamaqdan, Cıdır düzündə  tədbirlər təşkil eməkdən sevinclidir. «Xarıbülbül» musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edildi. Azad Şuşamız  birliyi, dostluğu, qardaşlığı dünyaya nümunə olan Azərbaycan və Türkiyənin Müttəfiqlik sənədinin-Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik etdi.  Sentyabrın 18-də Milli Musiqi Günü Şuşada qeyd olundu. Bu sıralamanı davam etdirməklə sona çatdırmaq mümkün deyil. 30 ilin işğalına 44 gündə son qoyan Azərbaycan xalqı qalib Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə  çoxəsrlik tarixini daha parlaq səhifələrlə gənginləşdirəcək!

Leyla Süleymanova,
Ədliyyə Nazirliyinin Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin rəisi

Daha çox xəbərlər