Hadisə 

Veteran kikboksçu vəfat etdi

Azərbaycanın kikboksinq ustalarından biri, ağır çəkidə dəfələrlə respublika çempionu olan Aqşin Yusifzadə vəfat edib.

Bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.

Aqşin Yusifzadənin ölüm səbəbi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, mərhum idmançı 1990-cı illərin sonu, 2000-ci illərin əvvəli AKF-nın Milli Komandasının üzvü olub.

Daha çox xəbərlər