Dünya 

Güclü qar Moskva yollarını iflic etdi

Güclü qar Moskva yollarında uzun tıxaclara səbəb olub.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hazırda paytaxta demək olar ki, bütün giriş yollarında nəqliyyatın hərəkətində çətinlik müşahidə olunur.

Yollarda yüklülük 7 balla qiymətləndirilir.

Moskva Nəqliyyat Kompleksi sürücülərə ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi tövsiyə edir.

Daha çox xəbərlər