Gəncədə Anım günü ilə əlaqədar silsilə tədbirlər başlayıb
Gəncədə 27 sentyabr – Anım günü ilə əlaqədar silsilə tədbirlər başlayıb.
ARANTV.AZ xəbər verir ki, İmamzadə Kompleksində vətən uğrunda canlarından keçən Şəhidlərimizin ruhuna dualar oxunur.
Tədbir çərçivəsində rəsmi şəxslər Gəncənin Şəhidlər xiyababını ziyarət edəcəklər.
Daha sonra Əbədi məşəl abidəsinin önünə əklil qoyulacaq, şəhidlərin ruhuna dualar oxunacaq.
Saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, daha sonra şəhid məzarları ziyarət olunacaq.
Gəncə Şəhidlər xiyabanındakı ümumşəhər tədbiri yekunlaşdıqdan sonra Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilər ziyarət ediləcək. Orada dünyasını dəyişən dinc sakinlərin ruhuna ehtiram əlaməti olaraq əraziyə güllər düzüləcək.
Sonra isə Gəncənin Heydər Əliyev Park-Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyası baş tutacaq.

