Sosial 

Şuşanın azad oluduğu gün şəhid olan Sənan Hüseynov – FOTO-VİDEO

Bu gün 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, bu müharibədə bizə öz canı bahasına qələbə bəxş edənlərdən biri də Hüseynov Sənan Vidadi oğludur.

1 aprel 1996-cı il tarixində Qazaxıstanda doğulan Sənan əslən Füzuli rayonunandır. 2008-ci ildə ailəsi ilə Azərbaycana köçüb. 2016-cı ildə hərbi xidməti başa vurub, evə qayıtmalı olduğu zaman aprel döyüşləri başlayıb və o, həmin döyüşlərdə iştirak edib.

Şuşanın azad oluduğu gün şəhid olan Sənan Hüseynov - FOTO-VİDEOSənan kəşfiyyatçı olub. 2020-ci ilin sentyabr ayının 21-də hərbi səfərbərliknən İkinci Qarabag müharibəsinə çağırılıb. Füzuli, Qubadlı,
Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib.

Şuşanın azad oluduğu gün şəhid olan Sənan Hüseynov - FOTO-VİDEOSənan ağır Daşaltı döyüşlərindən sonra, noyabrın 7-də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra o, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, ” Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşcü” medalları ilə təltif olunub.

Şuşanın azad oluduğu gün şəhid olan Sənan Hüseynov - FOTO-VİDEOŞəhidimiz Binə şəhidlər xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!

Daha çox xəbərlər