Dünyanı heyrətləndirən tarixi Zəfər
Qafqazda istər iqtisadi, istərsə də siyasi arenada söz sahibi olan ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Bu gün müasir dünyamızda baş verən ictimai-siyasi və iqtisadi proseselərdə Azərbaycan çox aktiv şəkildə iştirak edir. Ölkəmiz Zəfərimizin yaratdığı reallıqlara söykənərək regional sülhə və inkişafa töhfələrini davam etdirəcək, yeni əməkdaşlıq formatlarının yaradılması ideyası reallığa çevriləcək. Düşünülmüş praqmatik və qətiyyətli dövlət siyasəti nəticəsində 30 ilə yaxın müddətdə davam edən erməni işğalına son qoya qüdrətli Azərbaycan Respublikasının geopolitik mövqeyi günü gündən artmaqda davam edir. İstənilən sahədə bizimlə razılaşan beynəlxalq təşkilatlar bütün transmilli və regional layihələrdə ölkəmizlə əməkdaşlıq etməyə hazırdırlar.Dövlətimiz tərəfindən doğru formada aparılan düzgün idarəçilik uğura aparan ən başlıca yol olmuşdur.Dünyanın güc mərkəzləri bu gün də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda nümayiş etdirdiyi döyüş taktikası və istifadə etdiyi yüksək dəqiqliyi öyrənir, hərbi mütəxəssislər, ekspertlər Ordumuzun tətbiq etdiyi yeni taktiki üsullara istinad edir. Dünyanın aparıcı hərbi elmi mərkəzlərində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində təcrübəsi nümunə kimi qəbul edilir. Hətta ABŞ ordusu Azərbaycanın taktiki hərbi modelini araşdırır. Azərbaycan həm də dünya siyasi tarixinə ilk yenilik gətirən hadisəyə imza atdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, BMT-nin yarandığı vaxtdan indiyə qədər dünyada ilk haldır.Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın zəngin dövlətçilik tarixinə itirilmiş torpaqları geri qaytaran qalib sərkərdə kimi daxil oldu.
Azərbaycan Ordusu bu Qələbə ilə həm də özünün yüksək döyüş hazırlığını, hərbi bacarığını, xüsusi istedadını dünyaya nümayiş etdirdi. Bu zəfər bütün dünyada böyük əks-səda doğurdu, dünyanın bir çox ölkələri 44 gün ərzində çətin iqlim şəraitində, ağır relyefdə Azərbaycan hərbçilərinin bu qədər sürətlə və peşəkarlıqla böyük bir ərazini düşməndən azad etməsini yaxşı mənada heyrətlə qarşıladılar. Dünya hərbində bir çox əməliyyatlar aparılıb, ancaq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı kimi möhtəşəm hərbi-strateji plan həyata keçirilməyib. Xüsusilə də Şuşanın azad edilməsi dillərə dastan oldu, alınmaz qala hesab edilən Şuşanın sıldırım qayalıqlarına dırmaşan Azərbaycanın fatehləri əliyalın, silahsız dünya tarixində görünməyən bir məharətlə olmayanı bacardı. Bu rəşadət hərb sənətində misli görünməmiş yenilik və ən müasir unikal döyüş əməliyyatı modeli kimi dünya hərb tarixinə yazıldı. Əzəli Azərbaycan torpağı olan Qarabağımızı öz qanı və canı bahasına bizə geri qaytaran bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə sağlamlıq diləyirik.
Azərbaycan xalqının müharibədə göstərdiyi həmrəylik hər bir vətəndaşımızın yaddaşında iftixar hissi ilə qalmışdır. Ordumuzun bir-birinin ardınca ön xətdə qazandığı qələbələr millətimizin döyüş ruhunu daha da artırmışdır. Bizim haqq savaşımızda bizə dəstək verən qardaş ölkələrin dəstəyi heç vaxt qəlbimizdən və yaddaşlarımızdan silinməyəcəkdir. 30 illik işğalı 44 günə sonlandıran Azərbaycan əsgəri erməni vandallarının qorxulu röyasına çevrilmişdir. Silah-sursatlarını ataraq qaçan erməni əsgəri nə qədər aciz və qorxaq olduğunu öz əməli ilə subut edirdi. Erməni əsgərindən fərqli olaraq qəhrəman və müzəffər Azərbaycan əsgəri döyüşə sevinclə və böyük ruh yüksəkliyi ilə qatılır və ölümün gözünə dik baxaraq öz şücaətini göstərirdi. Bəli, bütün dünya ictimaiyyəti anladı ki, Azərbaycan xalqı öz torpaqlarını mənfur düşməndən azad etməyə qadirdir. Dünyanı lərzəyə gətirən Ordmuzun müharibədə göstərdiyi rəşadət hər birimiz üçün qürur mənbəyidir. Qarabağ Zəfərimiz bütün cahanı heyrətə gətirdi və dünya çaşqınlıq içində Haqq Savaşımızdakı Qələbəmizə şahid oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi: “Azərbaycan qalib ölkə kimi diktə edən tərəfdir”. Azərbaycan Zəfərimizin yaratdığı reallıqlara söykənərək regional sülhə və inkişafa töhfələrini davam etdirəcək, yeni əməkdaşlıq formatlarının yaradılması ideyası reallığa çevriləcək.
Bütün Qarabağda aparılan yenidənqurma və tikinti işləri tezliklə orda sosial həyatın canlanmasına səbəb olacaqdır. Bir sıra layihələrin gerçəkləşdirilməsi, yolların, tunellərin, hava limanlarının inşası çox mühüm əhəmiyyət kəsb edir. Sülh sazişinin bağlanmasına və Zəngəzur dəhlizinin açılmasına hər vəchlə maneçilik törədən rəsmi İrəvan regionda sülh və təhlükəsizliyin bərqərar olunmasında maraqlı olmadığını nümayiş etdirir. Lakin, Ermənistanın bu təxribatlaına baxmayaraq Azərbaycan tezliklə Zəngəzur dəhlizinin açılmasına nail olacaqdır. Qüdrətli Azərbaycan Respublikası regionda söz sahibi kimi çox böyük nüfuza malikdir.

Türkan Məmmədova,
Pirallahı rayonu 235 nömrəli məktəbin müəllimi

