Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb – FOTO
Bakı-Sumqayıt yolunda səhər saatlarından etibarən uzun tıxac yaranıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, tıxac Saray postu istiqamətindən başlayır. Avtomobillərin sıxlığından saray postundan Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Dövlət Yol Polisi əməkdaşları avtomobilləri Bakı istiqamətinə hissə-hissə buraxmaqla yollarda hərəkəti nizamlamağa çalışır.
Yolda yaranan tıxac 20 Yanvar metrostansiyasının yaxınlığına qədər davam edir.


