BDU qarşısında yaranan sıxlığın səbəbi bu imiş – AÇIQLAMA FOTO VİDEO
Bakı Dövlət Universitetində tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub.
Bunu Musavat.com-a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib.
O bildirib ki,mühafizəçilərin universitet ərazisindən kənara nəzarət etməsi, demək olar ki, mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir.



