Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3%-dən çox artıb
Bu ilin yanvar-avqust ayında Naxçıvan Muxtar Respublikasında 338,53 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 3,2% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 15 333 ton, süd istehsalı 70 239 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,8%, süd istehsalı isə 1,7% artıb.

