Sosial 

Məşhur rus aparıcıları Azərbaycanda toyda – VİDEO

Rusiyanın məşhur səyahət şousu “Орел и Решка”nın budəfəki buraxılışı Azərbaycana həsr olunub.

ARANTV.AZ Axşam.az-a istinadən xəbər verir ki, Kirill Makaşov və Mişel Andradenin təqdimatında yayımlanan buraxılışın çəkilişləri avqustun əvvəlində Bakıda və Qubada baş tutub.

Azərbaycanın paytaxtına gələn Kirill taksi sürücüsünün onu şəhərin mərkəzinə pulsuz gətirməsinə təəccüblənib. Bundan başqa yerli sakinlərdən biri gecəni onunla keçirməyi təklif edib.

“İndi mən başa düşürəm ki, niyə Bakını “Qafqazın Dubayı” adlandırırlar. Çox gözəldir. Ölkə oddur, insanlar oddur, yemək də oddur” deyə, aparıcı təəssüratlarını bölüşüb

Yeni buraxılışın efirində, həmçinin Balaxanı qəsəbəsi və Yanardağ nümayiş etdirilib, zorxana və beynəlxalq istedad şoularında iştirakı ilə məşhurlaşan Əbdülhüseynovlar qardaşlarından bəhs edilib.

Proqramın bir hissəsi isə Azərbaycandakı toylara həsr olunub. Aparıcı Mişel Bakıdakı şadlıq saraylarının birində və Qubada keçirilən ənənəvi toy məclisində qonaq olub.

Daha çox xəbərlər